Join for FREE | Take the Tour Lost Password?
[x]

deviantART

 
About Me Member Deviously Deviant AzalleaFemale/Azerbaijan Recent Activity Deviant for 10 Months
Needs Premium Membership
Statistics 9 Deviations
28 Comments
1,033 Pageviews

Bextiyar Vahabzadeh

Sat Feb 14, 2009, 4:57 PM
  • Mood: Isolated
  • Listening to: silence
  • Reading: my minds
  • Watching: www.vahabzade.net
13.02.09 - Bəxtiyarımın məni tərk etdiyi gün..


Cümə günü,13. Bu söz birləşməsi haqqda çox deyib çox eşitmişəm. Tampliyerlər ordusu, İsa peyğəmbərin iştirak etdiyi "Son yemək" freskası, ABŞ qartalının lələklərinin sayı və daha nələr-nələr... Boşluq.

Cümə günü,13. Sınma nöqtəm. Bu günü qara qüvvələr günü adlandıranlarla mübahisələrim keçir gözümün önündən. Axı nə biləydim onda, ki bir gün mən də onların ordusunda yer tutacam?
İnanmırdım sizə. İnanmayacaqdım sizə.
Artıq mən də daddım zəhərindən, məni də ləkələdin, ay cümə günü,13. Sənə inanmayanların hamısını belə son gözləyir yoxsa?

Bəxtiyar,
İlk öncə üzr diləyəcəm sizdən. Sizi özüm üçün bu qədər gec kəşf etdiyimə görə. Azallea çiçəyindən də kör olduğuma görə..
Məktəbdə təhsil alarkən "Şəhidlər" şeriniz əlimə keçdi. Misraları oxuduqca Azərbaycan ədəbiyyatında nəhayət ki ÖZ şairimi tapdığımı aydın hiss edirdim. O gündən yaddaşımda həmişəlik həkk olundunuz. Məmməd Əmin Rəsulzadə`nin xatirəsinə həsr etdiyiniz şe`r isə seçimimin düz olduğunu mənə bir daha sübüt etdi.
Bilirsiniz, bioqrafiyanızı yalnız bu yaxınlarda oxumuşam. Sizin necə biri olduğunuzu sanki yaratdıqlarınızdan duyurdum. Önəmli olan 84 illik həyatın vikipediyanın 1 səhifəsində deyil, ürəydə iz qoymasıdır.


Jurnalımı oxuyanların ən azından 90% yazdıqlarımın nədən ingilis dilində olmadığı maraqlandırar hər halda. Doğrudan da, şairimizi daha geniş publikaya tanıtma imkanını niyə qaçırım axı?
Cavab verirəm :
Nə Manxetten`də Popcorne basışdıran cool`larla, nə də ki Rusyadakı "Dom-2" fanatları ilə bölüşdürmək fikrim yoxdur dahimizi!
Bu, Bizim Bəxtiyarımızdır! Mənim, sənin..
Qoy kim nə düşünür düşünsün. Mənsə bir az da olsa, rahatladım.
Bura kimi oxuyanlara isə (təbii belələri varsa əgər) təbriklər. Siz bizə bir addım da yaxın oldunuz.


AXI, DÜNYA FIRLANIR

Vaxtın dəyirmanında daş əridi, qum oldu,
Tarixə atdığıımız qayıtdı, lüzum oldu.
Dünənin həqiqəti bu gün tərs yozum oldu,
Niyə də yozulmasın, axı, dünya fırlanır.

Çox ovlaqlar içində çox ovları ovladım,
Aşıb-daşan arzumu mən artıq cilovladım.
Mən atamı ötmüşəm, məni ötür övladım,
Bu, belə də olmalı, axı, dünya fırlanır.

Dünən düz sandığımı bu gün əyri sanıram.
Bəzən olur, özümdən özüm oğurlanıram.
Hər il başqa arzunun başına fırlanıram,
Niyə də fırlanmayım, axı, dünya fırlanır...

Çox əyilən görmüşəm, əyilməyən başları.
Sular duruldu, gördük dibindəki daşları
Ünvanmı dəyişdi dünənin alqışları;
Niyə də dəyişməsin, axı, dünya fırlanır...

Necə dönür bu dövran, necə dönür bu gərdiş,
Tazılarm üstünə dovşanlar da gülərmiş.
Dünya bina olandan hər şey dəyişilərmiş,
Dəyişməsin neyləsin, axı, dünya fırlanır.

Əbədini dünyada mən əbədi sanmadım,
Bir atəşə tutuşdum, min atəşə yanmadım,
Bütlər gəldi və getdi, birinə inanmadım
Niyə inanmalıyam, axı, dünya fırlanır.

Fırlandıqca bu dünya, yox da dönüb var olur,
Quruyan çeşmələrdən sular yenə car olur.
Bu dünyanm xeyri də, şəri də təkrar olur,
Niyə təkrar olmasın? Axı, dünya fırlanır.

Min-min illər bu dünya beləcə fırlansa da,
Bir yuvanın bülbülü min budağa qonsa da,
Aylar, illər, fəsillər bir-birini dansa da,
Dəyişməzdir əqidəm, çox da dünya fırlanır,

Nə qədər istəyirsə, min o qədər fırlana,
Qarşıma gah şər çıxa, gah xeyir dığırlana.
Çərxi-fələk istəyir lap dolana tərsinə,
Əqidəmi heç nəyə dəyişmərəm mən yenə.

5 oktyabr, 1985.



P.S Artıq milyard kərə işlənsə belə,
Banal kəlmə olsa belə,
Yenə də yazacam :
RUHUNuz ŞAD OLSUN, BƏXTİYAR!
Sizin üçün çox darıxacam.
Lakin...

...unutmayaq ki,

"YARADANlar ÖLƏ bilməz!"
Bəxtiyar Vahabzadə.

deviantID

No deviantID yet.

Devious Info

  • Current Residence: Baku (physical residence)
  • Interests: books.music.playing on piano.photography.writting my own.
  • Favourite movie: Requiem for a dream.American history X. Fight club. the butterfly effect. the Illusionist
  • Favourite band or musician: Breaking Benjamin.Cold.Muse.
  • Favourite genre of music: genre is just a crust.what`s more important the color of apple you eat or its taste?
  • Favourite poet or writer: Chuck Palahniuk.John Steinbeck(east of edem)
  • Favourite style of art: surrealism

deviantART Community Board

[x]

Comments


:icon2lemuria:
Çox sağ ol:aww:

--
Musa Doll-e
:iconazphotographer:
DA'ya xow gelmisen, fav u4un de ayrica minnetdaram:)
:iconazallea:
Təşşəkkür,xoş gördük. Biz minnətdar olmalıyıq bu cür art üçün =)
:iconeldunya:
watch uchun chox sagol:)...

--
life,live,love,
:iconazallea:
Siz çox saq olun :)
Hidden by Owner
Hidden by Owner

Site Map